q
  • Bakı 14° C

    6.47 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Çin ordusu Myanma ilə sərhəddə toplanır

DÜNYA

01 Aprel 2024 | 09:16

Çin ordusu Myanma ilə sərhəddə toplanır

Çin Silahlı Qüvvələri Myanma ilə sərhəddə hərtərəfli döyüş atışlı təlimlər keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Cənub Bölgəsi Döyüş Komandanlığı məlumat yayıb.

Manevrlər aprelin 2-də başlayacaq və bir gün davam edəcək.

Məlumata görə, təlim İntsyan və Lonçuan əyalətlərində beş fərqli yerdə baş tutacaq. Hərbi təlimin keçiriləcəyi zonaya icazəsiz giriş qadağandır.

Bundan əlavə, təyyarələr həmin ərazinin hava məkanına daxil ola bilməyəcək. Hərbi manevrlərlə bağlı çəkilişlərin və onlarla bağlı hər hansı məlumatın KİV-də yayılması da qadağandır.


SON XƏBƏRLƏR

25 Aprel 2026