• Bakı 25° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

ABŞ-da sorğu: Tramp bu ştatlarda liderdir!

DÜNYA

02 Mart 2024 | 00:10 | Müəllif: Subhan Mahmudov

ABŞ-da sorğu: Tramp bu ştatlarda liderdir!

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ən azı yeddi ştatda hazırkı prezident Co Baydendən daha çox dəstəyə malikdir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Blumberq” nəşri ABŞ-da keçirilən sorğunun nəticələrini dərc edib.

Sorğunun nəticələrinə görə, Arizona, Corciya, Pensilvaniya, Miçiqan, Şimali Karolina, Nevada və Viskonsin ştatlarında Tramp hazırki prezident Baydeni qabaqlayıb. Ümumilikdə bu yeddi ştatda seçicilərin 48 faizi Trampı 43 faizi isə Baydeni dəstəkləyib.

Trampın 2020-ci il seçkilərində qalib gəldiyi Şimali Karolina ştatında isə seçicilərin ən azı 50 faizi sabiq prezidentə dəstək nümayiş etdirib.

Eyni zamanda, respondentlərin əhəmiyyətli hissəsi Baydenin yaşından narahat olduğunu dilə gətirib. Buna rəğmən seçicilərin böyük hissəsi Trampın təhlükəli olduğu qənaətindədir.

Ümumilikdə, əsas ştatlarda hər 10 seçicidən 8-i Baydenin çox yaşlı olduğunu düşünür. Respondentlərin yarısı isə 77 yaşlı Trampın qoca olduğunu bildirib./globalinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026