• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Taliban" ABŞ vətəndaşlarını həbs etdi

DÜNYA

31 Mart 2024 | 21:37 | Müəllif: Subhan Mahmudov

"Taliban" ABŞ vətəndaşlarını həbs etdi

Hazırda iki ABŞ vətəndaşı və bir neçə əcnəbi Əfqanıstanın müvəqqəti hökuməti - "Taliban"ın nəzarətindədir. 

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu radikal "Taliban" hərəkatının yaratdığı müvəqqəti Əfqanıstan hökumətinin nümayəndəsi Zəbihullah Mücahid deyib.

Onun sözlərinə görə, əcnəbilər Əfqanıstan qanunlarının pozulması ilə əlaqədar həbs ediliblər. Eyni zamanda o qeyd edib ki, hər bir xarici vətəndaş Əfqanıstan İslam Əmirliyinin qanunlarına (Talibanın istifadə etdiyi dövlətin adı) əməl etməyə borcludur.

"İki amerikalı var və onların səfərinin səbəbləri hələ aydın deyil. Bu səbəblər nə olursa olsun, Əfqanıstana gələn hər kəs yerli qanunlara əməl etməyə borcludur. Əfqan vizasını qəbul edən hər kəs bizim qanunlarımıza əməl etməyə borcludur”, - deyə Mücahid bildirib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026