• Bakı 14° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Ərdoğan və Rəisi nələri müzakirə etdi?

DÜNYA

31 Mart 2024 | 21:41 | Müəllif: Subhan Mahmudov

Ərdoğan və Rəisi nələri müzakirə etdi?

İran Prezidenti İbrahim Rəisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran prezidentinin mətbuat xidməti məlumat yayıb.

Danışıq zamanı zamanı ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsi üçün tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

İki ölkə arasında əldə olunan razılaşmaların monitorinqi və həyata keçirilməsinin zəruriliyindən danışan Rəisi İranın Ankara ilə enerji sahəsində əməkdaşlığı gücləndirməyə və inkişaf etdirməyə hazır olduğunu bildirib.

O, həmçinin BMT Təhlükəsizlik Şurasının atəşkəs qətnaməsini qəbul etməsinə baxmayaraq, İsrailin Qəzzada müharibəni davam etdirməsindən narahatlığını ifadə edib.

Ərdoğan da öz növbəsində Türkiyənin əldə olunmuş razılaşmaların həyata keçirilməsinə sadiq olduğunu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026