• Bakı 18° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Dünyanın ən bahalı avtomobili

DÜNYA

02 Mart 2024 | 11:10

Dünyanın ən bahalı avtomobili

“Rolls-Royce” şirkəti  dünyanın ən bahalı avtomobilini təqdim edib. 

Bakıvaxtı.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, dünyanın ən bahalı avtomobili sayılan yeni “Arcadia Droptail” kabrioleti nümayiş edilib. 

Belə ki, o, Sinqapurdan olan bir müştərinin sifarişi ilə yaradılmışdır. Avtomobil 600 at gücü hasil edən 6,75 litrlik V12 tvin-turbo mühərriklə təchiz edilib. Kabrioletin salonu bahalı dəri və qızılgül ağacları ilə bəzədilib. Bunu yaratmaq üçün “Rolls-Royce” işçilərinin səkkiz min saatdan çox vaxtı getdiyi bildirilir.

Bundan əlavə, işçilər tablosuna saatın dizaynına iki ildən çox vaxt və beş aydan çox vaxt sərf ediblər. 

“Rolls-Royce Arcadia Droptail”in kuzovu günəşdə bədəni parıldayan alüminium və şüşə hissəciklərindən ibarət unikal ağ mina ilə boyanıb. 

Avtomobilin dəyəri 30 milyon dollar təşkil edib. 

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026