İsrailin Baş naziri Binyamin Netanyahu əməliyyat olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazirinin müalicə olunduğu xəstəxanadan açıqlama verilib.
Netanyahu əməliyyatdan sonra özünə gəlib. Baş nazirin ailəsi ilə danışdığı, vəziyyətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, 74 yaşlı Netanyahuya tibbi müayinələr zamanı yırtıq diaqnozu qoyulub.
Onun vəzifəsinə İsrail Baş nazirinin müvəqqəti müavini və ədliyyə naziri Yariv Levin təyin edilib.
Günəş Mərd
















