• Bakı 20° C

    8.44 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Çindən QƏZZA ilə bağlı növbəti çağırış 

DÜNYA

02 Mart 2024 | 11:02

Çindən QƏZZA ilə bağlı növbəti çağırış

Çin Qəzzada dərhal atəşkəs çağırışını bir daha təkrarlayıb.

​​​​​Bakıvaxtı.az xəbər verir ki, BMT-nin İnsan Haqları Şurasının 55-ci Sessiyasının İsrail-Fələstin probleminin müzakirə edildiyi hissəsində (BMT) Cenevrə ofisinin daimi nümayəndəsi Çın Şü ölkəsi adından çıxış edib.

Daimi Nümayəndə Çın çıxışında Qəzzada misli görünməmiş bir humanitar böhran olduğunu qeyd edib.

İsraili soyqırımın qarşısının alınması üçün Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirləri və göstərişlərini yerinə yetirməyə çağıran Çın, Qəzzada humanitar yardım təşkilatlarının fəaliyyətinə icazə verilməli olduğunu vurğulayıb.

Fələstin və İsrailin birlikdə sülh içində yaşamasının ən real yol olduğunu vurğulayan Çın, bütün ölkələri bu istiqamətdə səy göstərməyə çağırıb.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026