"Red Bull"un meksikalı keçmiş pilotu Serxio Peresin yeni komandası müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, 35 yaşlı sürücü Formula 1-in yeni komandası "Kadillak"la müqavilə imzalayacaq.
Mənbənin məlumatına görə, bu, Macarıstan Qran Prisindən (1 - 3 avqust) sonra rəsmiləşəcək.
Pereslə müqavilə imzalamaq hər iki tərəf üçün maliyyə baxımından faydalı olacaq, çünki danışıqlarda meksikalı iş adamı Karlos Slimin də iştirak etdiyi bildirilir.
Qeyd edək ki, "Kadillak" növbəti mövsümdən Formula 1 yarışlarına qoşulacaq. 2021 və 2023-cü il Azərbaycan Qran Prisinin qalibi olmuş Serxio Peres 2024-cü ilin sonunda "Red Bull"dan ayrılıb.