Fransada havaların isti keçməsi ilə əlaqədar bu gündən etibarən 6 əyalətdə narıncı xəbərdarlıq elan edildiyi bildirilib.
Bakıvaxtı.az bu barədə "France 24"-ə istinadla məlumat verir.
Məlumatda Aralıq dənizi sahillərindəki Voklüz, Aude, Herault, Qard, Buş-du-Rhone və Şərq Pireney adaları da daxil olmaqla 6 əyalətdə isti hava şəraiti ilə əlaqədar narıncı xəbərdarlığın elan ediləcəyi qeyd edilib.
Qeyd edək ki, Olimpiya Oyunlarının keçirildiyi paytaxt Parisdə avqustun 10-da havanın temperaturunun səhər 30-31, axşam isə 25 dərəcə isti olacağı gözlənilir.
Əli Hüseynov