• Bakı 27° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Fransada prezident seçkiləri başa çatdı - YENİLƏNİB

DÜNYA

10 Aprel 2022 | 22:20

Fransada prezident seçkiləri başa çatdı - YENİLƏNİB

Fransada prezident seçkilərinin birinci turu üzrə seçki məntəqələri saat 20:00-da (Bakı vaxtı ilə 22:00) bağlanıb, səslərin hesablanması başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, saat 17:00-a (Bakı vaxtı ilə 19:00) olan məlumata görə, səsvermədə qeydə alınmış seçicilərin 65%-i iştirak edib.

BFMTV kanalının məlumatına görə, hazırki Prezident Emmanuel Makron və ultra sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen prezident seçkilərinin ikinci turunda iştirak edəcək.

İlkin məlumatlara görə, Makron 28,5%, Le Pen isə 24,2% səs toplayıb.

Fransada prezident ümumi seçkilər yolu ilə 5 il müddətinə seçilir. Seçkilər iki turda keçirilir. Marafonun növbəti turu aprelin 24-də baş tutacaq. Bugünkü seçkilərdən fərqli olaraq ikinci turda iki namizəd mübarizə aparacaq.

*** 21:40

BBC-nin məlumatına görə,Yerli “Exit-poll”un ilkin nəticələrinə əsasən, ölkənin hazırkı Prezidenti Emmanuel Makron rəqiblərindən kiçik fərqlə öndədir.

Bakıvaxtı.az xəbər verir ki, Fransa seçiciləri ölkə prezidentliyinə 12 namizəddən birinə səs verirlər.

Ölkənin 49 milyondan çox vətəndaşının səsvermə hüququ var.

*** 10:16

Bu gün Fransada prezident seçkilərinin birinci turu keçirilir.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Fransada və onun Qərb yarımkürəsindəki departamentlərində 70 minə yaxın seçki məntəqəsi açılıb. Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, seçici siyahılarında 48 milyondan çox seçici qeydə alınıb.

Seçkilərdə Fransanın hazırkı prezidenti Emmanuel Makron da daxil olmaqla 12 namizəd iştirak edir. Onun əsas rəqibi “Milli Assosiasiya”nın namizədi, deputat Marine Le Pendir.

Makron Le Tuke şəhərinin (ölkənin şimalı, Pas-de-Kale departamenti) meriyasında səs verəcək.

Fransa prezident seçkilərində yeni rekord bitərəf qalma qeydə alınacağı gözlənilir.


Fransada prezident seçkiləri başa çatdı - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026