• Bakı 26° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

ABŞ-da insan beyninin “çipləşdirilməsi”nə başlandı

DÜNYA

10 May 2022 | 22:02

ABŞ-da insan beyninin “çipləşdirilməsi”nə başlandı

Avstraliyanın ardından ABŞ-da da insan beyninə xüsusi çiplərin yerləşdirilməsi üzrə sınaqlara start verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu çiplər sayəsində iflic olan xəstələr sadəcə düşünməklə çox şey edə biləcəklər. Həmçinin, çip vasitəsilə sadəcə düşüncə ilə email göndərmək, onlayn alış-veriş etmək, sosial şəbəkələrdə statuslar yazmaq mümkündür.

Bununla belə, çip texnologiyasının inkişafını müsbət qiymətləndirənlərlə yanaşı, ona şübhə ilə yanaşanlar da var.

Çipin istehsalçısı Avstraliyanın "Synchron" şirkətidir. Bu ölkədə keçirilən sınaqlarda beyninə çip yerləşdirilən insanlar sadəcə düşünərək tvit yazmağı bacarıblar.

Nyu-Yorkdakı sınaqlar uğurlu olarsa, cihazın ABŞ-ın müvafiq qurumları tərəfindən təsdiqlənəcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026