• Bakı 9° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Polşa Belarusla sərhəddəki qadağan zonasını ləğv edir

DÜNYA

09 Iyun 2022 | 21:17

Polşa Belarusla sərhəddəki qadağan zonasını ləğv edir

Polşa hökuməti Belarusla sərhəddəki qadağan zonasını ləğv ecəcək.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, 2021-ci ilin sentyabrında tətbiq edilmiş qadağa iyulun 1-dən etibarən aradan qaldırılacaq. Bununla belə, Belarusla sərhəddə 186 km uzunluqda metal arakəsmənin quraşdırılması davam edir. 5,5 metr hündürlükdəki arakəsmə kamera və sensorla təchiz ediləcək. Məqsəd Belarusdan gələn miqrant axınının qarşısını almaqdır.

Qeyd edək ki, ötən sentyabrdan etibarən Polşa-Belaris sərhədinə 3 km-dən çox yaxınlaşmaq qadağan edilib. Bu ərazidə jurnalist və QHT fəallarının həbs edilməsi dəfələrlə narazılığa səbəb olub.

Ekoloqlar isə metal arakəsmənin flora və faunaya zərbə vuracağından narahatdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR