• Bakı 25° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Finlandiya Rusiya ilə sərhəddə hasar çəkməyi planlaşdırır

DÜNYA

09 Iyun 2022 | 20:43

Finlandiya Rusiya ilə sərhəddə hasar çəkməyi planlaşdırır

Finlandiya hakimiyyəti ölkənin təhlükəsizliyini gücləndirmək üçün Rusiya ilə sərhəddə sərhəd maneələrinin quraşdırılmasını planlaşdırır.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

"Finlandiya hökuməti Rusiya ilə şərq sərhədində kritik ərazilərdə maneələr qurmağı planlaşdırır", - daxili işlər naziri Krista Mikkonen bildirib.

Sənəddə deyilir ki, bu məqsədlər üçün sərhəd xidməti əlavə maliyyə alacaq. Şlaqbaumların tikintisi “Sərhəd mühafizəsi haqqında” qanuna dəyişiklikləri həyata keçirməyə imkan verəcək.

Bildirilir ki, qanunvericiliyə edilən dəyişikliklərdən sonra miqrantların qəbulu mərkəzləşdirilmiş qaydada, xüsusi ayrılmış sərhəd-keçid məntəqələrində həyata keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026