• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukrayna keçmiş deputatı beynəlxalq axtarışa verdi

DÜNYA

10 May 2022 | 18:13

Ukrayna keçmiş deputatı beynəlxalq axtarışa verdi

Ukraynanın Dövlət Təhqiqat Bürosu Ali Radanın keçmiş deputatı İlya Kivanı beynəlxalq axtarışa verib.

Bakıvaxtı.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı qurumun Mətbuat xidməti yayıb.

Bildirilir ki, Kiva Rusiya ərazisində olarkən ölkə televiziyasında şoulardan birinə qatılıb və Ukraynada konstitusiya quruluşunun zorakılıq yolu ilə dəyişdirilməsinə və hakimiyyətin ələ keçirilməsinə dair çağırışlar edib.

Qeyd olunub ki, ukraynalı eks-deputat dövlətə xəyanətdə ittiham olunur.

Büro əməkdaşları Kiva barəsində istintaqı yekunlaşdırıb və mayın 10-da ittiham aktını məhkəməyə göndəriblər. Sabiq millət vəkilini əmlakı müsadirə olunmaqla 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026