• Bakı 21° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

Fransanın keçmiş Baş naziri Makronu istefaya çağırıb

DÜNYA

07 Oktyabr 2025 | 14:20

Fransanın keçmiş Baş naziri Makronu istefaya çağırıb

Fransanın keçmiş Baş naziri Eduar Filipp bu gün bəyan edib ki, ölkədə dərinləşən siyasi böhran fonunda Prezident Emmanuel Makron səlahiyyət müddəti başa çatmadan istefa verməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Filipp 2017–2020-ci illərdə Makron hökumətinə rəhbərlik edib. İndi isə o bildirib ki, keçmiş rəhbəri “gələn ilin büdcəsi qəbul edildikdən sonra növbədənkənar prezident seçkiləri elan etməlidir”.

“Mən dərhal və kəskin istefa çağırışı etmirəm... amma prezident təşəbbüs göstərməlidir”, – Filipp Fransanın RTL radiostansiyasına müsahibəsində bildirib.

Əgər Makron indi istefa versə, Fransada yeni prezident seçkiləri 20–35 gün ərzində keçirilməlidir. Onun hazırkı səlahiyyət müddəti 2027-ci ilin birinci yarısında başa çatır.


SON XƏBƏRLƏR