• Bakı 14° C

    2.03 m/s

Futzal üzrə millimizdə koronavirusa yoluxma: 4 nəfər karantinə alınıb

İDMAN

29 Yanvar 2022 | 00:10 | Müəllif: Qalib İbrahimoğlu

Futzal üzrə millimizdə koronavirusa yoluxma: 4 nəfər karantinə alınıb

Futzal üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində bu gün  Bosniya və Herseqovina ilə qarşılaşacaq Azərbaycan millisinin 4 üzvü karantinə alınıb.

Bakıvaxtı.az-ın məlumatına görə, rəsmi məşq üçün verilmiş antigen testin nəticəsi 4 nəfərdə pozitiv çıxıb.

Oyunçulardan Emin Kürdov və Xətai Bağırov, məşqçi Ağakərim Həsənov və həkim Fuad Sadıqov oyunöncəsi məşqdə iştirak etməyib. Onlardan PCR test götürülüb, nəticələr sabah günün birinci yarısında açıqlanacaq.

Qeyd edək ki, Niderlanda təşkil olunan yarışda koronavirusa yoluxduqları üçün Gürcüstan və İspaniyaya qarşı oyunlarda iştirak etməyən Qallo və Rövşən Hüseynli bu gün komandaya qoşulub. İlk iki oyunda sarı vərəqə alan Fineo De Arauje isə cəzalı olduğu üçün qrupun son oyunda iştirak edə bilməyəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR