• Bakı 24° C

    1.32 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

“Galendewagen”lə insident törədən sürücü HƏBS EDİLDİ

CƏMİYYƏT

10 Iyun 2026 | 20:52

“Galendewagen”lə insident törədən sürücü HƏBS EDİLDİ

Masazır qəsəbəsində yol hərəkəti zamanı baş vermiş mübahisə ilə bağlı saxlanılan sürücü hakim qarşısına çıxarılıb.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə Həmzə Mustafayevə 15 sutka inzibati həbs verilib.

O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 232-1-ci (özgənin əmlakını qəsdən zədələmə və ya məhv etmə) maddələri ilə təqsirli bilinib.

Qeyd edək ki, iki gün əvvəl sosial şəbəkələrdə H.Mustafayevin mübahisə zamanı idarə etdiyi "Mercedes" markalı avtomobili qəsdən "Kia"nın üzərinə sürdüyünü əks etdirən görüntülər yayılmışdı. Bildirilirdi ki, hadisə zamanı o, qarşı tərəfə nalayiq ifadələr işlədib. Hadisədən sonra sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Zərərçəkən tərəf isə avtomobilinə təxminən 2 min manat ziyan dəydiyini iddia edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR