Xəbər verdiyimiz kimi, Yevlaxda qadın faciəli şəkildə dünyasını dəyişib.
Bakıvaxtı.az xatırladır ki, hadisə rayonun Xaldan qəsəbəsində qeydə alınıb. Belə ki, 1935-ci il təvəllüdlü, Xaldan qəsəbəsində tək yaşayan Əhmədova Zümrüd Sabit qızı yaşadığı evin həyətyanı sahəsində su qızdırmaq üçün ocaq yandıran zaman üzərində olan geyimlərinin yanması nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Z.Əhmədova xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.
Hadisə barədə Bakıvaxtı.az-a danışan Kübra Məmmədova bildirib ki, bacısı Zümrüd Əhmədova həyətdəki qazı yandırarkən ehtiyatsızlığın qurbanı olub. Dediyinə görə, bacısınını nə ailəsi olub, nə uşağı:
“26 ildir ki, ata evimizdə, amma mənim himayəmdə yaşayırdı. Ailədə 4 bacıyıq, ikisi rəhmət gedib. Zümrüdü yaşına, davranışına görə daim nəzarətdə saxlayırdım”.
Dediyinə görə, o, hadisə baş verən vaxt qısa müddətə öz yaşadığı ünvana gedibmiş:
“Gəldim ki, qazı yandırarkən paltarını od alıb, ölümcül hala düşüb. Xəstəxanaya aparsaq da, xilas edə bilmədik".
Məcid Muradzadə
Bakı 








