Aktrisa Pərvin Abıyeva keçirtdiyi ağır xəstəlikdən danışıb.
Bakıvaxtı.az xəbər verir ki, aktrisa axlorhidriya xəstəliyinə görə ağır günlər keçirtdiyini deyib.
Pərvin bildirib ki, buna görə əməliyyat olunsa da, faydasını görməyib:
"Bu əməliyyat Azərbaycanda aparılmır. Xəstəliyin diaqnozu yalnız bir xəstəxanada qoyulur. Mənə də yalnız 32 yaşımda düzgün diaqnoz qoyula bildi. O vaxta qədər heç bir xəstəxanada bunu müəyyən edə bilməmişdilər.
Əməliyyat Azərbaycanda edilmir. Türkiyədə isə bu əməliyyatı cəmi bir həkim həyata keçirir. Çox çətin bir xəstəlikdir. Çalışın, bu xəstəliyə tutulmayın. Əsas səbəblərdən biri də stressdir.
Üç il əvvəl əməliyyat olundum, amma təəssüf ki, faydası olmadı. Müayinəsi də olduqca ağır prosesdir. Qalın zond burundan mədəyə endirilir və bu zaman pasiyent ayıq vəziyyətdə olur. Əməliyyatdan sonra isə uzun müddət xəstəxanada qalmalı, yalnız buz yeməli, əsəbiləşməməli və ciddi pəhriz saxlamalısınız". (Axşam.az)
Pərvin ağır xəstəliyindən danışdı: "Müalicəsi bizdə yoxdu"
CƏMİYYƏT
09 Iyul 2026 | 11:46

SON XƏBƏRLƏR
09:41
08 Iyul 2026
Bakı 


