• Bakı 25° C

    7.23 m/s

  • USD - 1.7

    EUR - 1.9405

    RUB - 2.2222

Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb - FOTO

CƏMİYYƏT

09 Iyul 2026 | 11:38

Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb - FOTO

Böyük Britaniya Azərbaycana məxsus “Zəngəzur” gəmisinə tətbiq etdiyi sanksiyanı ləğv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniya hökuməti iyulun 7-də məlumat yayıb.

    Məlumatda bildirilir ki, “Zəngəzur” neft tankeri Böyük Britaniyanın sanksiya siyahısından çıxarılıb.

    Qeyd edilib ki, sözügedən gəmi “Ukraynanın destabilizasiyasına kömək, o cümlədən bu ölkənin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini təhdid etmək, Rusiya hökumətinin gəlir əldə etməsinə yardımçı olmaq kimi” ittihamlarla sanksiyalar siyahısına daxil edilmişdi.

    Xatırladaq ki, daha əvvəl Avropa İttifaqı Şurası qəbul etdiyi qərarla "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus "Zaqatala" gəmisinə, eləcə də ASCO ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birgə müəssisəsinə məxsus "Şuşa", "Qarabağ", "Xankəndi" və "Zəngəzur" gəmilərinə tətbiq edilmiş sanksiyalar ləğv olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    08 Iyul 2026