Qarsın Sarıkamı rayonunda son günlərdə yaşayış məntəqələrində tez-tez görülən qəhvəyi ayılar bu dəfə maraqlı görüntülər yaradıb.
Bakıvaxtı.az Türkiyə mediasına istinadla xəbər verir ki, balaları ilə birlikdə şəhər mərkəzinə enən ana ayı yemək axtararaq bir evin bağçasına girib. Ayı və balaları uzun müddət bağda gəzib yemək axtarıblar.
Bu zaman ziyarətdən qayıdan ev sahibləri gözlənilməz bir mənzərə ilə qarşılaşıblar. Belə ki, ana ayını və balalarını bağ qapısının arxasında görən ev sahibi təhlükəsizlik üçün maşında gözləməyi seçiblər. Ayı ailəsinin bağdan çıxmasını səbirlə gözləyən vətəndaşlar maraqlı anları mobil telefonları ilə qeydə alıblar.
Görüntülərdə ana ayı və balalarının bağda rahat davrandığı, insanların isə nəqliyyat vasitələrində gözlədiyi görünür.
Bir müddət sonra ayı ailəsi gəldikləri yerdən uzaqlaşaraq ev sahiblərinin maşınlarından düşüb evlərinə girmələrinə icazə verib.
Nərgiz Məmmədli
Bakı 


