Təxminən 40 ildir Səudiyyə Ərəbistanının Məkkə şəhərində yaşamağa məcbur olan Əli Baybaş adlı şəxsin Türkiyəyə qaytarılması üçün kampaniya başladılıb.
Bakıvaxtı.az “Milliyet”ə istinadən xəbər verir ki, “AK Partiya”nın Sivas üzrə millət vəkili Rukiyə Toy bu istiqamətdə tədbirlərin görülməsinə başlayıb.
Məlumata görə, Sivasın Gürün rayonunda qeydiyyatda olan Əli Baybaş 40 il əvvəl Səudiyyə Ərəbistanının Məkkə şəhərinə Ümrə ziyarətinə gedib. Lakin hüquqi problemlər səbəbindən onun ölkəni tərk etməsinə icazə verilməyib. Bundan sonra Baybaş Türkiyəyə qayıda bilməyib.
Bildirilib ki, 77 yaşlı şəxsin müxtəlif sağlamlıq problemləri dövləti tədbirlər görməyə vadar edib.
Qeyd olunub ki, Rukiyə Toy Baybaşla videozəng vasitəsilə danışıb və bu xoş xəbəri ona çatdırıb./Qafqazinfo
Bakı 



