Pakistan ABŞ və İranı eskalasiyadan çəkinməyə və İslamabad Memorandumunun şərtlərini pozmamağa çağırıb.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanata əsasən, İslamabad bütün tərəfləri regionda və ondan kənarda qarşılıqlı anlaşma, qarşılıqlı hörmət və ortaq rifah üçün möhkəm təməl olaraq qalan İslamabad Anlaşma Memorandumu çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağırıb.
"Pakistan regionda gərginliyin artması ilə bağlı dərin narahatlığını ifadə edir. Münaqişənin yenidən alovlanması heç kimin xeyrinə deyil. Pakistan bütün tərəfləri təmkinli olmağa və regional sülh və sabitliyi daha da sarsıda biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırır", - bəyanatda vurğulanıb.
Gülşən Şərif
Bakı 



