• Bakı 23° C

    7.76 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

Səfərdə bizi daha çətin qarşılaşma gözləyir - Rəşad Sadıqov

İDMAN

08 Iyul 2026 | 23:18

Səfərdə bizi daha çətin qarşılaşma gözləyir - Rəşad Sadıqov

Səfərdə bizi daha çətin qarşılaşma gözləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın “Torpedo" klubunu 3:0 hesabı ilə məğlub edən “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

O, ilk 65 dəqiqədə planlarının uğurla həyata keçdiyini söyləyib: “Qarşılaşmaya istədiyimiz kimi başladıq və 65-ci dəqiqəyə qədər hər şey plan üzrə gedirdi. Son 20-25 dəqiqədə futbolçularımızda yorğunluq hiss olundu. Əvəzetmələrlə oyundakı tarazlığı qorumağa çalışdıq. Bu, yalnız ilk matç idi. Səfərdə bizi 12 min azarkeşin dəstəyi altında daha çətin oyun gözləyir”.

R.Sadıqov rəqibin keyfiyyətli futbolçulara malik olduğunu da vurğulayıb: “Onlara meydanda rahat oynamaq imkanı versəydik, ciddi problemlə üzləşə bilərdik. Oyuna nəzarət bizdə olsa da, fiziki hazırlıq baxımından rəqib müəyyən üstünlüyə malik idi”.

Baş məşqçi komandanın vəziyyətinə də toxunub. O bildirib ki, bütün futbolçular hələ optimal formada deyillər və yeni transferlərin bəzilərinin uyğunlaşma prosesi davam edir: “Əsas problemlərimizdən biri bütün oyunçuların eyni hazırlıq səviyyəsində olmamasıdır. Yeni transferlərimizin bir qisminin adaptasiya dövrü davam edir. Düşünürəm ki, bir qədər zamana ehtiyac var. Ümid edirik ki, cavab görüşünədək bu çatışmazlıqları aradan qaldıracaq və növbəti mərhələyə yüksəlmək üçün lazım olan nəticəni əldə edəcəyik”.

Komandalar arasında cavab oyunu iyulun 16-da Gürcüstanda baş tutacaq


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyul 2026