• Bakı 23° C

    7.76 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

Pakistan yenidən ABŞ və İrana çağırış etdi

DÜNYA

09 Iyul 2026 | 00:00

Pakistan yenidən ABŞ və İrana çağırış etdi

Pakistanın Xarici İşlər Nazirliyi bildirib ki, Yaxın Şərqdə sülhə nail olmaq üçün diplomatiyadan başqa alternativ yoxdur.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi bölgədəki hadisələrlə bağlı dərin narahatlığını ifadə edib və hərbi əməliyyatların yenidən başlamasının heç bir tərəfin maraqlarına uyğun olmadığını bildirib. Nazirliyin yaydığı bəyanatda deyilir: "Pakistan bütün tərəfləri təmkinli olmağa, bölgədə sülh və sabitliyi daha da sarsıda biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırır".

İslamabad Vaşinqton və Tehranı anlaşma memorandumunun şərtlərinə bərabər şəkildə riayət etməyə səsləyib. Qeyd edək ki, ABŞ və İran bir-birini razılaşmanı pozmaqda ittiham edir.

Qeyd edək ki, ABŞ Hörmüz boğazında ticarət gəmilərinə edilən hücumlara cavab olaraq İran ərazisinə zərbələr endirib. Vaşinqton atəşkəsə riayət etməyəcəyini bəyan etdikdən sonra İran tərəfi danışıqları dayandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyul 2026