Türkiyənin Afrika ölkələrinə ixracı bu ilin ilk altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 11 milyard dollara çatıb.
Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Ticarət Nazirliyi məlumat yayıb.
Məlumata görə, 2003-cü ildən bəri davam edən "Afrika Ölkələri ilə Ticarət və İqtisadi Əlaqələrin İnkişafı Strategiyası" vasitəsilə Türkiyə Afrika ölkələri ilə qarşılıqlı investisiyaları təşviq etməyi, türk firmalarının podratçılıq, enerji, səhiyyə, kənd təsərrüfatı və infrastruktur layihələrində səmərəliliyini artırmağı, Türkiyə və Afrika işgüzar dairələri arasında əməkdaşlığı dərinləşdirməyi hədəfləyir.
Bildirilib ki. Mərakeş 2,2 milyard dollarlıq ixrac həcmi ilə ən yüksək Afrika ölkəsi olub.
Gülşən Şərif
Bakı 



