• Bakı 24° C

    10.52 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

Argentinanın qələbəsindən sonra iğtişaşlar: saxlanılanlar var

DÜNYA

08 Iyul 2026 | 19:15

Argentinanın qələbəsindən sonra iğtişaşlar: saxlanılanlar var

Argentina millisinin DÇ-2026-nın 1/8 finalında Misiri 3-2 hesabı ilə məğlub etməsindən sonra ölkənin Kordova şəhərində kütləvi iğtişaşlar yaşanıb.

Bakıvaxtı.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə "La Nacion" məlumat yayıb.

Bildirilib ki, hadisələr ticarət mərkəzinin yaxınlığında başlayıb. Kordova əyalətinin polisi baş verən iğtişaşlarla əlaqədar 42 nəfərin saxlanıldığını açıqlayıb.

Bundan sonra şəhərdə zərgərlik mağazası talan edilib. Naməlum şəxslər mağazanın şüşə qapısını daş və fişənglərlə sındıraraq içəri daxil olub, vitrindəki zinət əşyalarını oğurlayıblar. Məlumata görə, həmin vaxt polis qüvvələrinin əsas hissəsi ticarət mərkəzinin yaxınlığındakı hadisəyə cəlb olunduğu üçün qarətçilər demək olar ki, maneəsiz hərəkət ediblər.

Qarətlə bağlı 16, 20 və 22 yaşlı 3 nəfər saxlanılıb. Hadisələr zamanı bir polis əməkdaşının xəsarət aldığı da bildirilib.

Qeyd edək ki, Argentina millisi Misirlə görüşdə 0-2 hesabı ilə geridə olsa da, matçın sonlarında vurduğu üç qolla 3-2 hesablı əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib. Lionel Skaloni rəhbərlik etdiyi komanda növbəti mərhələdə İsveçrə ilə qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR