• Bakı 24° C

    10.52 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

Fransa İsveçə qoşun yerləşdirəcək

DÜNYA

08 Iyul 2026 | 19:23

Fransa İsveçə qoşun yerləşdirəcək

Fransanın 200 nəfər hərbçidən ibarət kontingenti İsveçin şimalında yerləşən Buden şəhərinə dislokasiya olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveçin SVT telekanalı məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, hərbçilərin göndərilməsi ilə bağlı qərar iyulun 8-də Ankarada keçirilən NATO sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makron ilə İsveçin Baş naziri Ulf Kristerssonun görüşündə qəbul ediləcək.

Hələlik söhbətin Fransanın hansı hərbi bölməsindən getdiyi dəqiqləşdirilməyib. Lakin məlumatda subarktik şəraitdə qış döyüş əməliyyatları üzrə ixtisaslaşmış dağ qoşunlarının adı çəkilir.

Bundan əvvəl “Bild” qəzeti yazmışdı ki, NATO Rumıniyadan Finlandiyayadək alyansın şərq sərhədləri boyunca “Eastern Flank Deterrence Initiative” kod adı altında kompleks rəqəmsal müşahidə sistemi yaratmağı planlaşdırır.

Nəşrin məlumatına görə, layihənin əsas məqsədi Rusiya qoşunlarının hərəkətini real vaxt rejimində izləməkdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR