• Bakı 23° C

    8.95 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

“Zirə” ilk oyunu darmadağınla qazandı - YENİLƏNİB

İDMAN

08 Iyul 2026 | 21:52

“Zirə” ilk oyunu darmadağınla qazandı - YENİLƏNİB

"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirib.

Bakıvaxtı.az-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" komandasını qəbul edib.

Sumqayıt şəhər stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.

32-ci dəqiqədə Ruan Renato hesabı açıb. 48-ci dəqiqədə David Volkov fərqi iki topa çatdırıb. 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Renato dubl müəllifi olub.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.

 

21:21

UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Torpedo" (Gürcüstan) matçında ikinci qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi daha da artırıb - 3:0.

Ruan Renato 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.

 

21:05

UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Torpedo" (Gürcüstan) matçında ikinci qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.

David Volkov 48-ci dəqiqədə fərqlənib.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.

21:01

UEFA Konfrans Liqasının I təsnifat mərhələsindəki "Zirə" - "Torpedo" (Gürcüstan) oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hazırda hesabda öndədir - 1:0.

Braziliyalı müdafiəçi Ruan Renato 32-ci dəqiqədə fərqlənib.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.

20:46

UEFA Konfrans Liqasının I təsnifat mərhələsindəki "Zirə" - "Torpedo" (Gürcüstan) oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb - 1:0.

Braziliyalı müdafiəçi Ruan Renato 32-ci dəqiqədə fərqlənib.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.

20:33

UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Torpedo" (Gürcüstan) matçında hesab açılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi rəqib qapısına yol tapıb.

Braziliyalı müdafiəçi Ruan Renato 32-ci dəqiqədə adını tabloya yazdırıb.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.

20:00

UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Torpedo" (Gürcüstan) oyunu başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma Sumqayıt şəhər stadionunda keçirilir.

Matçın baş hakimi finlandiyalı FIFA referisi Yuri Hüytiyadır.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR