Bakırköy Respublika Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu haqqında məhkəmə heyəti qarşısında işlətdiyi ifadələrə görə "dövlət qulluqçusunu hədələmə" maddəsi ilə öz təşəbbüsü ilə yeni istintaq başladıb.
Bakıvaxtı.az türk mətbuatına istinadən xəbər verir ki, Baş Prokurorluqdan verilən rəsmi açıqlamaya görə, istintaqa səbəb İmamoğlunun bu gün (8 iyul 2026-cı il) İstanbul 33-cü Ağır Cəza Məhkəməsində keçirilən iclasda hakim heyətinə ünvanladığı kəskin sözlər olub.
Məlumata görə, Əkrəm İmamoğlu məhkəmə zalında, "Mən müdafiə olunmayacam, mən mühakimə edəcəm. Narahat olmayın, mühakimə edəcəm, bu ittihamnaməni hazırlayanları mühakimə edəcəm..." ifadələrini işlədib. Prokurorluq bu çıxışda cinayət tərkibi müəyyən edərək dərhal hüquqi prosesə start verib.
Zeynəb Rzayeva
Bakı 



