• Bakı 23° C

    10.56 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

İt-pişiyə allergiyası olanlara ŞAD XƏBƏR

CƏMİYYƏT

08 Iyul 2026 | 16:58

İt-pişiyə allergiyası olanlara ŞAD XƏBƏR

Rusiyanın Seçenov Universitetinin mütəxəssisləri pişik və it allergiyaları üçün peyvəndlər hazırlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Molekulyar Tibb İnstitutunun İmmunopatologiya Laboratoriyasının allerqoloqu və immunoloqu Kseniya Ryabova məlumat verib.

O bildirib ki, hazırda pişik allergiyası peyvəndinin klinik sınaqlarını gözləyir. İt allergiyası peyvəndi aktiv şəkildə hazırlanır.

Mütəxəssis əlavə edib ki, laboratoriya işçiləri həmçinin Allergochip RF test sistemini də hazırlayıblar.

Allergochip (Allergiya bioçipi) — qan nümunəsi əsasında yüzlərlə allergeni eyni vaxtda yoxlayan, müasir molekulyar allergiya diaqnostikası üsuludur. O, qanda spesifik İmmunoqlobulin E (IgE) anticisimlərini təyin edir.

Bu test xüsusilə çətin və kompleks allergiya hallarında tətbiq olunur. Bir dəfə analiz verməklə qida, bitki tozları, ev tozu gənələri, heyvan tükləri və dərmanlar daxil olmaqla 300-ə qədər allergen və ya allergen komponenti yoxlanıla bilər.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR