• Bakı 23° C

    10.56 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

İngiltərə kralının sümükləri tapıldı

DÜNYA

08 Iyul 2026 | 16:58

İngiltərə kralının sümükləri tapıldı

İngiltərənin ən məşhur anqlosaks kralı Böyük Alfredin (871-899) itkin düşmüş sümüklərinin Vinçesterdəki (Hempşir qraflığı) bir avtomobil dayanacağının altında olduğu müəyyən edilib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, "Daily Mail"in məlumatına görə, tarixdə minlərlə vikingi məğlub edən kralın qalıqları ölümündən sonra dəfələrlə köçürüldüyü üçün indiyədək tapılmırdı.

Tarixçi Qrem Fillips kralın son mənzilini tapdığını və sümüklərin məhz həmin parkinqdə olduğuna 100% əmin olduğunu bəyan edib. Maraqlıdır ki, bundan əvvəl digər İngiltərə kralı III Riçardın da qalıqları avtomobil dayanacağında aşkarlanmışdı.

Böyük Alfred İngiltərəni vikinq işğalından xilas edən və Edinqton döyüşündə həlledici qələbə qazanan hökmdar kimi tarixə düşüb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR