• Bakı 27° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Kərim 5 günlük işə 5 min istəyir

ŞOU

09 Iyul 2026 | 10:08 | Müəllif: Aynur Babazadə

Kərim 5 günlük işə 5 min istəyir

Kərim Abbasov yenidən televiziya aparıcısı kimi fəaliyyət göstərməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, müğənni bu barədə Xəzər TV-də danışıb.

O bildirib ki, hazırda telekanallardan biri ilə yeni layihə ilə bağlı danışıqlar aparır. Lakin tərəflər əməkhaqqı məsələsində hələ də razılığa gələ bilməyiblər. 

K.Abbasovun sözlərinə görə, həftənin 5 günü efirdə olmaq həm vaxtını alır, həm də digər işlərinə təsir göstərir:

“Kanallardan biri ilə danışıqlar gedir. Maaş məsələsində hələ razılıq yoxdur. Əgər həftənin 5 günü veriliş aparacağamsa, bu, digər işlərimə mane olacaq. Axı vaxtımı buna sərf edirəm. Həftədə bir dəfə olsaydı, başqa məsələ. Layihə 5 günlük olacaqsa, 5 min manatdan yuxarı əməkhaqqı istəyirəm”.

Kərim Abasov daha əvvəl "MTV Azərbaycan" kanalında yayımlanan "Meqa şou" proqramının aparıcısı kimi çalışıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026