• Bakı 21° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9379

    RUB - 2.1492

Gələn aydan bu ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq

CƏMİYYƏT

10 Iyun 2025 | 09:15

Gələn aydan bu ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq

“Vergi Məcəlləsinə” edilən dəyişikliklərə əsasən, gələn aydan mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputat Vüqar Bayramov bildirib.

V.Bayramovun sözlərinə görə, yeni dəyişikliklərdə məqsəd daha çox sərmayələr cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır.

Deputat eyni zamanda qeyd edib ki, bu mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin azalmasına və eləcə də qiymətin aşağı düşməsinə səbəb ola bilər.

"Artıq iyulun 1-dən teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi (“ƏDVcashback”) geri qaytarılacaq. Yəni, mədəniyyət xidmətləri üzrə də keşbek təbiq olunacaq.

Digər dəyişiklik mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən 90 faiz azadolma verilməsidir. Eyni zamanda, mənfəət (gəlir) vergisi üzrə güzəştin həcmi artırılaraq 75 faiz güzəşt 90 faizə qaldırıldı. Mövcud qanunveiriclik ilə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə çatdırılıb. Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri da əlavə edilib",-deyə millət vəkili nəzərə çatdırıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

10 Iyun 2025