• Bakı C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.7969

    RUB - 1.5741

Gələn aydan ət bahalaşacaq? - Yeni il öncəsindən Novruz bayramına qədər...

CƏMİYYƏT

28 Noyabr 2023 | 09:50

Gələn aydan ət bahalaşacaq? - Yeni il öncəsindən Novruz bayramına qədər...

“Azərbaycanda ətin qiymətinin qalxması son 7-8 ildə daha da sürətlənib”.

Bunu Bakıvaxtı.az-a iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, bunun müxtəlif səbəbləri var: “Səbəblərdən biri ondan ibarətdir ki, Azərbaycanda 2014-15-ci illərdən sonra texniki bitkilərin əkin sahələri genişləndirilib. Nəticədə, əksər örüş yerləri pambıq və digər texniki bitkilər üçün ayrılıb. Beləliklə, yem bazası azalıb, yemin qiyməti qalxıb, ət bahalaşıb. Obyektiv səbəblər bundan ibarətdir”.

Ekspertə görə, digər səbəb ondan ibarətdir ki, ət ilə məşğul olan fermer və ya satan satıcılar, həm də istehlakçıdırlar: “Yəni, digər ərzaqların qiyməti artanda onların xərcləri də artır. Onlar məcbur qalıb öz məhsullarının qiymətini yüksəldirlər. Bu nöqteyi-nəzərdən baxsaq, ətin qiymətinin artması obyektiv və ölkədəki ümumi infilyasiya proseslərinə paralel gedir”.

Natiq Cəfərli: Ətin qiymətinin artması obyektiv və ölkədəki ümumi infilyasiya proseslərinə paralel gedir

“Azərbaycanda belə bir “ənənə” var ki, Yeni il, Novruz kimi böyük bayramlarda istehlak və tələbat artdığından qiymətlər də yüksəlir. Çox təəssüf ki, yəqin, bu dəfə də eyni şeyi görəcəyik. Yeni il öncəsindən Novruz bayramına qədər, çox güman ki, ətin qiymətində yüksəliş nəzərə çarpacaq”, - deyə Natiq Cəfərli vurğulayıb.

Aytac Aslan


SON XƏBƏRLƏR

01 Dekabr 2024