• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Pirotexniki vasitələrin satışını təşkil edənlər məsuliyyətə cəlb olundu

CƏMİYYƏT

28 Dekabr 2023 | 08:56 | Müəllif: Qalib İbrahimoğlu

Pirotexniki vasitələrin satışını təşkil edənlər məsuliyyətə cəlb olundu

Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, rayon ərazisində keçirilən tədbirlər zamanı əvvəlcədən edilən xəbərdarlıqlara baxmayaraq bir neçə mağazada pirotexniki vasitələrin gizli şəkildə satışını təşkil edən şəxslər müəyyən edilib. Həmin şəxslərin fəaliyyət göstərdiyi obyektlərə baxış keçirilərkən pirotexniki vasitələr, partlayıcı və tezalışan maddələr aşkar olunaraq götürülüb.

Faktlarla bağlı onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.


Pirotexniki vasitələrin satışını təşkil edənlər məsuliyyətə cəlb olunduPirotexniki vasitələrin satışını təşkil edənlər məsuliyyətə cəlb olunduPirotexniki vasitələrin satışını təşkil edənlər məsuliyyətə cəlb olundu
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026