q
  • Bakı 13° C

    12.65 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

Güclü külək nə vaxtadək ƏSƏCƏK? - YENİLƏNİB

CƏMİYYƏT

28 Dekabr 2023 | 08:55

Güclü külək nə vaxtadək ƏSƏCƏK? - YENİLƏNİB

“Dekabrın 28-i səhər saatlarına olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti dəyişib. Güclü şimal-qərb küləyi əsir”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 29, Qobustanda 23, Balakən, Şəki, Naftalan, Altıağacda 20, əksər rayonlarda isə 19 m/s-yə çatır.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

Dekabrın 28-i axşamadək güclü şimal-qərb küləyinin davam edəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-30 m/s, yarımadanın bəzi yerlərində arabir 33-38 m/s-dək güclənəcəyi gözlənilir.

***

08:41

“Güclü külək gün ərzində davam edəcək".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, küləyin maksimal sürəti bəzi yerlərdə 28-33 m/s-yə çatacaq.

Axşam saatlarından tədricən zəifləyəcək. 


SON XƏBƏRLƏR

27 Aprel 2026