• Bakı 24° C

    6.16 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Gələn həftə havanın temperaturu bir qədər də yüksələcək

CƏMİYYƏT

19 Iyun 2022 | 14:04

Gələn həftə havanın temperaturu bir qədər də yüksələcək

Artıq bir neçə gündür ki, İspaniya, Fransa və digər Avropa ölkələrində qeyri-adi istilər müşahidə edilir. Havanın temperaturu 40 dərəcə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, bunları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

"Bu cür istilərin ölkəmizdə də olacağı barədə sakinlərimiz bizə suallarla müraciət edirlər. Sinoptik şəraitin təhlili göstərir ki, paytaxtda gələn həftə ərzində maksimal temperatur kölgədə 34 dərəcəyə yaxın olacaq, iyun ayının 22-də 37 dərəcəyədək yüksələcək", - U.Tağıyeva vurğulayıb.

Onun sözlərinə görə, iyunun 22-də axşam şimal küləyinin güclənməsi ilə bağlı ayın 23-24-də temperatur bir qədər aşağı enəcək və 32-34 dərəcə intervalında olacaq.

U.Tağıyeva bildirib ki, gələn həftənin sonunda isə havanın temperaturu yenidən yüksələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026