• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Şuşada yaşayanlara tibb xidmətlər hansı qaydada göstəriləcək?

CƏMİYYƏT

19 Iyul 2022 | 11:21

Şuşada yaşayanlara tibb xidmətlər hansı qaydada göstəriləcək?

"Şuşada yaşayanlar üçün tibb xidmətlərin göstərilməsində heç bir problem yoxdur".

Bakıvaxtı.az xəbər verir ki, bunu Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov deyib.

O qeyd edib ki, Qala şəhərdə yaşayanların tibbi göndərişləri aidiyyəti qaydada həyata keçirilir.

Mərkəz direktorunun sözlərinə görə, Şuşada yaşayanlar üçün modul tipli xəstəxanada həkimlər bütün lazımi tibbi xidmətləri göstərir: "Vətəndaşlara ixtisaslaşmış həkim müayinəsi lazım olanda göndəriş Füzuli Rayon Mərkəzi Xəstəxanasına verilir. Lazım gələrsə Bakı şəhərindəki xəstəxanalara da tibbi göndəriş yazıla bilər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR