• Bakı 6° C

    8.96 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

4-cü doza vaksinə ehtiyac var?

CƏMİYYƏT

18 Avqust 2022 | 10:57 | Müəllif: Qalib İbrahimoğlu

4-cü doza vaksinə ehtiyac var?

Artıq bəzi ölkələrdə koronavirusa qarşı 4-cü doza vaksin vurulur. Azərbaycanda isə əksəriyyət hesab edir ki, buna ümumiyyətlə, ehtiyac yoxdu.

Ümumiyyətlə, 4-cü dozaya ehtiyac varmı? Əsasən kimlər 4-cü doza vaksini vurdurmalıdır?

İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a bildirib ki, bir insanda yanaşı, xronik xəstəliklər, hər hansı risk durumu var və ya yaşlıdırsa, sonuncu vurdurduğu vaksinin üzərindən 6 ayda çox vaxt keçibsə, təkrar vaksinasiya olunması onun ziyanına deyil: “Immunitetin yenidən yüksəlməsi bununla təmin olunacaq. O insan xəstəliyə yoluxarsa, ağırlaşma ehtimalını azaltmış olacaq”.

N.Əzimli ona görə də 4-cü dozaya ehtiyac olmaması ilə bağlı səsləndirilən fikirlərlə razılaşmadığını deyir. İnfeksionist bildirib ki, bəzi araşdırmalara, fikirlərə görə 4-cü doza vurdurmasa belə, 3 doza vaksin almış insan ömrünün istənilən vaxtı koronavirusa yoluxarsa, yüngül keçirir: "Amma bu fikir hələ tam sübut olunmayıb, bunu deyərək məsuliyyət daşıyırıq. Mənim məsləhətim belədir ki, bir insan özünün risk qrupunda olduğunu bilirsə, 6 aydan bir revaksinasiya keçirməsində zərər yoxdur, fayda var”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026