• Bakı 19° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Polis Yevlaxda əməliyyat keçirdi - saxlanılan var

CƏMİYYƏT

18 Avqust 2022 | 10:21 | Müəllif: Subhan Mahmudov

Polis Yevlaxda əməliyyat keçirdi - saxlanılan var

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, araşdırmalarla onun rayon sakini Anar Abbasov olduğu müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı fərdi yaşayış evinin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş hündürlüyü 3 metrədək olan 13 ədəd çətənə bitkisi, eləcə də 450 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026