• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Zəif qan dövranı bu xəstəliyə yol açır

CƏMİYYƏT

18 Avqust 2022 | 06:00 | Müəllif: Qalib İbrahimoğlu

Zəif qan dövranı bu xəstəliyə yol açır

Zəif qan dövranı ürək çatışmazlığının yaranmasına yol açan səbəblərdəndir.

Bakıvaxtı.az xəbər verir ki, bunu ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev deyib..

Onun sözlərinə görə, səhhətimizdəki ciddi problemləri aradan qaldırmaq və ürək fəaliyyətini qaydaya salmaq üçün mütləq qan dövranımızın yaxşı olmasına fikir verməliyik.

Bəs qan dövranının yaxşı olması üçün nə etməliyik? C.Gülmalıyev deyir ki,  ilk növbədə aktiv olmaq lazımdır: "Hər gün yarım saat yerimək və 15 dəqiqə qaçmaq, tənbəllik etməyib pilləkənlərdən istifadə etmək də buna daxildir".

Bundan başqa, siqaretə, artıq çəkiyə və stressə yox demək, hərəkətsiz və oksigensiz qalmamaq, sağlam qidalanmaq və yanlış olan yemək vərdişini dəyişmək lazımdır.

Həkim qeyd edib ki, qapalı məkanlar, daimi oturaqlı iş, oksigen çatışmazlığı qan dövranının zəifləməsinə gətirib çıxarır.

Cabir Gülmalıyev rasiona hansı qidaların daxil edilməsinin lazımlığını da bildirib. Bura bütün taxıllar, vital yağ turşuları-somon, sardina, avokado, zeytun yağı, qoz, balqabaq toxumu, çiyələk və sitrus meyvələri daxildir: "Bundan başqa, rasiona pomidor, qara kələm, brokoli, ispanaq, yumurta, adaçayı kimi qidalar da əlavə edilməlidir".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR