Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Gəncə Dövlət Milli Dram Teatrının repertuar siyasətinə əsasən, teatrda böyük maraqla gözlənilən “Gülüstan” adlı yeni səhnə əsərinin premyerası böyük uğurla gerçəkləşib.
Bakıvaxtı.az xəbər verir ki, Şanlı Zəfər salnaməmizin səhnə təcəssümü olan bu səhnə əsəri real həyat həqiqətləri əsasında ərsəyə gəlib. Tamaşa 44 günlük Vətən müharibəsinin ədəbi və bədii bütövlüyünü özündə əks etdirir. Müqəddəs qələbəmizə, şəhidlərimizin əziz ruhuna, qazilərimizə və müharibə veteranlarımıza ithaf olunan səhnə əsəri teatra dəvət olunmuş gənc və istedadlı rejissor Fuad Cavadzadənin fərqli və maraqlı traktovkasında geniş ictimaiyyətə təqdim olunub.
Yeni yaradıcılıq işinin ərsəyə gəlməsində peşəkar heyət çalışıb: Tamaşanın müəllif və quruluşçu rejissoru: Fuad Cavadzadə, quruluşçu rəssam: Mirzə Mehdi Hüseynov, bəstəkarı: Svetlana Hüseynova, xoreoqrafı: Sənan Cavadov, qrafik işləri Sübhan İbrahimov, məsləhətçisi isə Şahmar Məmmədovdur.
Yüksək vətənpərvərlik ruhu və dinamik ab-hava ilə seçilən səhnə əsərində Gəncə teatrının böyük yaradıcı heyəti yer alıb. Tamaşada Əməkdar artistlər Ramiz Vəliyev, Novruz Cəfərov və Kəmalə Məmmədova başda olmaqla, bütövlükdə teatrın 22 nəfərdən çox aktyor heyəti çıxış edərək yaddaqalan obrazlar canlandırıblar.
Premyera tamaşaçılar və mədəniyyət ictimaiyyəti tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.
Bakı 


jpeg-1779194456.jpeg)
jpeg-1779194382.jpeg)

jpeg-1779194383.jpeg)
jpeg-1779194384.jpeg)
jpeg-1779194385.jpeg)
jpeg-1779194386.jpeg)
jpeg-1779194386.jpeg)

jpeg-1779194388.jpeg)
jpeg-1779194389.jpeg)
jpeg-1779194389.jpeg)
jpeg-1779194390.jpeg)

jpeg-1779194427.jpeg)


