• Bakı 25° C

    3.62 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

İncəsənət məktəblərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

MƏDƏNİYYƏT

10 Iyun 2026 | 12:04

İncəsənət məktəblərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində ilk dəfə olaraq mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsinə başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, imtahan prosesi iyunun 8-dən Bakı şəhərində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində start götürüb. İyunun 10-dan etibarən isə mərkəzləşdirilmiş buraxılış imtahanları ölkə üzrə Nazirliyin sistemində fəaliyyət göstərən bütün müvafiq təhsil müəssisələrini əhatə edəcək.

Məlumata görə, cari tədris ili üzrə imtahanlarda 8 minə yaxın şagirdin iştirakı nəzərdə tutulur. İmtahanların keçirilməsində əsas məqsəd şagirdlərin təhsil müddətində əldə etdikləri nəzəri biliklərin, praktiki bacarıqların və yaradıcılıq potensialının obyektiv qiymətləndirilməsi, eləcə də tədrisin keyfiyyətinin vahid yanaşma əsasında ölçülməsidir.

Qeyd olunub ki, imtahanlar müvafiq ixtisaslar üzrə təsdiq edilmiş proqramlara uyğun təşkil edilir. Prosesin şəffaf, obyektiv və sistemli şəkildə aparılması üçün zəruri təşkilati və metodiki tədbirlər görülüb.

Bildirilib ki, ilk dəfə tətbiq olunan bu yanaşma incəsənət təhsili sahəsində qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi, buraxılış prosesində vahid standartların formalaşdırılması və təhsilalanların nəticələrinin daha dəqiq müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Həmçinin, buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq bu ildən ilk dəfə məzunlara elektron şəhadətnamələrin verilməsi nəzərdə tutulur. Bu yeniliyin sənədləşmə prosesinin daha çevik, şəffaf və müasir tələblərə uyğun təşkilinə imkan yaradacağı vurğulanıb.

İmtahanların yekunlarına əsasən şagirdlərin təhsil müddətində qazandıqları nəticələr müəyyən ediləcək və müvafiq sənədləşmə aparılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Iyun 2026