Gəncədə yanğın hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Qəsəbə sakininə məxsus evdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı 2 otaqlı evin bir otağı əşyalarla birgə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb. /APA















jpg-1674287855.webp)

