• Bakı 16° C

    6.35 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Geryenin Azərbaycandakı yeni komandası - YENİLƏNİB

İDMAN

28 Yanvar 2023 | 12:34

Geryenin Azərbaycandakı yeni komandası - YENİLƏNİB

"Zirə" haitili futbolçu Donald Geryenin transferini açıqlayıb.

Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, 34 yaşlı yarımmüdafiəçi ilə yarım mövsüm+1 illik müqavilə imzalanıb.

Haiti millisinin kapitanı karyerası ərzində ölkəsinin “Violette”, “Amerika des Kayes”, Polşanın “Visla”(Krakov), “Vieçesta”, Türkiyənin “Alanyaspor”, Kiprin “Apollon” və “Olimpiakos” klublarında da çıxış edib. O, daha əvvəl Azərbaycanda “Qarabağ” və “Neftçi”nin də formasını geyinib.

 

11:18

"Zirə" bu gün haitili futbolçu Donald Gerye ilə rəsmi müqavilə imzalayacaq.

Bakıvaxtı.az xəbər verir ki, artıq Bakıda olan 34 yaşlı yarımmüdafiəçi tibbi müayinədən uğurla keçib.

Təcrübəli oyunçu "qartallar"la 1,5 illik sözləşməyə qol çəkəcək.

Qeyd edək ki, 2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinən Vild-Donald Gerye 2019-2020 mövsümünü “Neftçi”də, 2020-2021 mövsümünün isə ilk yarısını yenidən Ağdam klubunda keçirib. O, hazırda Kiprin “Olimpiakos” klubunda çıxış edir. /Report


SON XƏBƏRLƏR