• Bakı 22° C

    10.17 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Gips açıldıqdan sonra şoka düşübmüş - Günxanın ölümü ilə bağlı təfərrüat

CƏMİYYƏT

24 Iyun 2025 | 10:09

Gips açıldıqdan sonra şoka düşübmüş - Günxanın ölümü ilə bağlı təfərrüat

Bir neçə ay əvvəl bağlanan “Azadlıq” partiyasının sədri Əhməd Orucun oğlu Günxanın qəfil ölümü ilə bağlı bəzi detallar üzə çıxıb.

Bakıvaxtı.az Qafqazinfo-ya istinadən xəbər verir ki, G.Oruc bir müddət əvvəl işlədiyi şirkətdə yıxılaraq çanaq sümüyündən xəsarət alıb.

Dostları bildiriblər ki, həmin vaxtdan Günxan Oruc müalicə alırmış və 20 gün əvvəl Mərkəzi Gömrük Hospitalında əməliyyat olunduqdan sonra ona gips qoyulub.

Dünən isə ailəsi Günxanı müayinə üçün həmin xəstəxanaya aparıb. Xəstəxanada həkim gipsi açıb və G.Oruc ayağını tərpədən kimi şok keçirib.

Şokun təsirindən huşu gedən gəncə ürək masajı olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mərhumun 2 azyaşlı övladı qalıb.


SON XƏBƏRLƏR