• Bakı C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.7752

    RUB - 1.6516

Gömrükdən büdcəmizə nə qədər pul daxil olub? - AÇIQLANDI

İQTİSADİYYAT

23 Dekabr 2024 | 14:20

Gömrükdən büdcəmizə nə qədər pul daxil olub? - AÇIQLANDI

2024-cü ilin yanvar-noyabr aylarında gömrük xətti ilə büdcə daxilolmaları 5% artaraq 6 milyard 2 milyon 253 min manata çatıb.

Bakıvaxtı.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 632,559 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 9.2% çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 4 milyard 145,605 milyon manat (4.2% çox), aksizlər üzrə daxilolmalar 184,829 milyon manat (10.2% az), yol vergisi üzrə daxilolmalar isə 39,259 milyon manat (0.02% az) təşkil edib.


    SON XƏBƏRLƏR