Göygöldə ağır avtomobil qəzası nəticəsində xəsarət alanların son vəziyyəti ilə bağlı açıqlama verilib.
TƏBİB-dən Bakıvaxtı.az-a bildirilib ki, Göygöldə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 07.12.2025-ci il tarixində saat 23:40 radələrində 2 nəfər Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi xidmət göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb. 1 nəfərin müalicəsi isə davam etdirilir, vəziyyəti orta ağırdır.
Bakı 



