• Bakı C

    6.19 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

Parkda səs-küy saldı - Həbs edildi

HADİSƏ

07 Yanvar 2026 | 10:18

Parkda səs-küy saldı - Həbs edildi

Xırdalan şəhərində gecəyarısı parkda səs-küy salan şəxs həbs edilib.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, hadisə yanvarın 6-da, gecə saat 2 radələrində Heydər Əliyev parkında baş verib.

Ağcabədi rayon sakini, 2004-cü il təvəllüdlü Vüsal Babayev (ad-soyad şərti verilib – red.) dostları ilə ucadan danışıb, dava ediblər. O, polis əməkdaşının ictimai asayişin mühafizəsi üzrə qanuni tələblərinə qəsdən tabe olmayıb.

Babayev izahatında göstərib ki, hadisə baş verən vaxt onlar arasında dava-dalaş olmayıb, yalnız uca səslə danışaraq gülüblər: “Yaşadığımız ünvandan çıxarıldığımız üçün park ərazisində gəzişmişik. Bu zaman polis əməkdaşları bizə yaxınlaşaraq polis bölməsinə dəvət etdilər. Polis əməkdaşlarının qanuni tələblərinə tam şəkildə əməl etmişəm. Heç bir müqavimət göstərmədən polis bölməsinə getmişəm. Hadisə zamanı içkinin təsiri altında olmamışam”.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə protokol yazılıb.

İş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Babayev 8 gün müddətinə inzibati qaydada həbs edilib.


SON XƏBƏRLƏR

07 Yanvar 2026